İdman 12:50 13.11.2022

Dadaşov komandasına məşhur rəqib üzərində qələbə qazandırdı (VİDEO)

Futbol üzrə İsveçrə çempionatında 16-cı turun oyunları keçirilib. 

Qaynarinfo xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv öz meydanında "Bazel”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
 
Dadaşov meydana start "11-lik"də çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Komandasının yeganə qolunu da 34-cü dəqiqədə futbolçumuz vurub.
 
Qeyd edək ki, "Qrasshopper” 16 turdan sonra 20 xalla 10 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.