Noyabrın 24-də Azərbaycanda 2 nəfər dəm qazından boğularaq ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya daxil olan məlumata görə, Suraxanı rayonu Əmircan qəsəbə sakini Soltan Seymurov və Sumqayıtda yaşayan Zaqatala rayon sakini Həsən Həsənov evlərində dəm qazından zəhərlənərək ölüb.
Sumqayıt şəhər İnşaatçılar qəsəbə sakinləri Kəmalə Əhmədova və Lera Hüseynova isə dəm qazından zəhərlənərək xəstəxanaya düşüblər.