Xəbər lenti

Daha 30-a yaxın miqrant Rusiyadan qovuldu
Dünya14:29 19.10.2013

Daha 30-a yaxın miqrant Rusiyadan qovuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin idarə rəisi Oleq Molodievskiy bildirib

Daha 30-a yaxın miqrant Rusiyadan qovulub. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Federal Miqrasiya Xidmətinin idarə rəisi Oleq Molodievskiy bildirib. Onun sözlərinə görə, miqrantlar Moskvanın Xlebnikovo rayonunda yerləşən "Dolqoprudnom" meyvə-tərəvəz bazasında aparılan araşdırmalar zamanı saxlanılıb:

"İki gün əvvəl bazada yoxlama zamanı məlub olub ki, yük daşımaq üçün təxminən min nəfər işçi cəlb olunub. Biz bu vətəndaşlar barəsində araşdırma apardıq və artıq onlardan 94 nəfəri məhkəmənin qərarı ilə RF sərhədlərindən kənarlaşdırılıb. Bu işçilərdən 30-u miqrant olub.

Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qətlə yetirilməsi hadisəsindən sonra Moskva polisi paytaxtdakı iğtişaşların təkrarlanmaması üçün son günlər miqrantlara qarşı reydləri çoxaldıb.


Qaynar.info