ATƏT-in Bakı ofisi 2014-cü il yanvarın 1-dən yeni statusda fəaliyyət göstərəcək.
ATƏT-in Bakı ofisinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, bunu ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay söyləyib. Səfir Koray Tarqay anlaşma memarandumu ilə bağlı müzakirələrin getdiyini bildirib.
Koray Tarqay 2014-cü il yanvarın 1-dən etibarən ATƏT-in Bakı ofisinin layihə koordinatoru statusu altında fəaliyyət göstərəcəyini də qeyd edib.
Qeyd edək ki, Bakı Ofisinin statusunun dəyişdirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 26-da ATƏT-in Daimi Şurasında qəbul edilib.