Xəbər lenti

Daha bir ağır yol qəzası: 6 nəfər yaralandı
Ölkə18:30 10.07.2019

Daha bir ağır yol qəzası: 6 nəfər yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçala rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şirvan kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Mersedes” markalı avtomobilin aşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.