Xəbər lenti

Daha bir Avropa ölkəsi məcburi hərbi xidməti qaytarmaq istəyir - 27 il sonra...
Dünya 20:55 03.12.2024

Daha bir Avropa ölkəsi məcburi hərbi xidməti qaytarmaq istəyir - 27 il sonra...

Niderland Müdafiə Nazirliyi məcburi hərbi xidmətin ləğvindən 27 il sonra yenidən tətbiq etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, bu barədə RTL telekanalı müdafiə idarəsinin sənədlərinə istinadən məlumat yayıb.

Niderland Silahlı Qüvvələrinin komandanı, general Onno Eyxelheym bildirib ki, hərbi xidmətə çağırışın yenidən tətbiqi ilə bağlı konkret planlar yoxdur. Onun sözlərinə görə, bu, hazırda gündəmdə deyil və lazım deyil. General qeyd edib ki, hərbçilərə lazımi ləvazimatların alınması, kazarmaların tikilməsi və təlim potensialının artırılması illərlə vaxt aparacaq.

Sənədlərdə deyilir ki, Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri olan tədbirlər planı hazırlayıb. Telekanal qeyd edir ki, icbari hərbi xidmətin tətbiqi kifayət qədər uzun vaxt aparacaq, lakin qonşu ölkələr hərbi xidmətə çağırış tətbiq etməyə başlasa, Niderland dərhal buna əməl edəcək.

İyul ayında CNN xəbər vermişdi ki, bir çox Avropa ölkələri Rusiya ilə münaqişəyə hazırlıq fonunda hərbi xidmətə məcburi çağırış tətbiq etməyə hazırlaşır. Materialda cari ilin yanvarın 1-dən yenidən icbari hərbi xidmət tətbiq edən hərbi xidmətə çağırışa yeni yanaşma nümunəsi kimi Latviya vurğulanır. Mənbə həmçinin Polşa, Xorvatiya, Serbiya və Çernoqoriyada layihənin geri qayıda biləcəyini bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->