Xəbər lenti

Daha bir avtobusda ödəniş kartla olacaq
Ekonomiks05:54 08.04.2023

Daha bir avtobusda ödəniş kartla olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 10-dan etibarən daha bir avtobus marşrutunda gedişhaqqı "BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Qaynarinfo-ya verilən məlumata görə, bu, "Azadlıq Prospekti” metrostansiyası (S.S.Axundov küçəsi) ilə Novxanı qəsəbəsini əlaqələndirən 123 nömrəli marşrut xəttidir.
Bildirilib ki, iş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.