Xəbər lenti

Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olundu - FOTO
Ölkə11:44 08.06.2016

Daha bir azərbaycanlı BP-nin vitse-prezidenti təyin olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

BP-nin hazırda Səngəçal terminalının meneceri olan Zaur Paşayev 1 sentyabr 2016-cı il tarixindən şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda qurudakı əməliyyatlar üzrə vitse-prezidenti təyin olunur.

 BP-dən APA-ya verilən məlumata görə, yeni vəzifəsində Z. Paşayev BP-nin qlobal əməliyyatlar təşkilatının, həmçinin BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla region üzrə qurudakı əməliyyatların  təhlükəsiz, etibarlı və səmərəli icrasına cavabdeh olacaq.

Z. Paşayev BP-nin digər regiondakı biznesində texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezident təyin olunmuş Kreq Uiqqzi əvəz edəcək.

Qaynarinfo.az