Xəbər lenti

Daha bir bank müflis elan edildi - QƏRAR
Ölkə07:35 23.02.2016

Daha bir bank müflis elan edildi - QƏRAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Mərkəzi Bankının yanvarın 25-də lisenziyasını ləğv etdiyi “Gəncəbank” müflis elan olunub. 
Bu barədə bankın ləğvedicisi qismində çıxış edən "Azerbaijan International Consulting Company" açıqlama yayıb. Bununla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi fevralın 15-də qərar qəbul edib. Bankın kreditorları olan fiziki və hüquqi şəxslər 60 gün ərzində öz tələblərini ləğvediciyə çatdıra bilərlər.("İnterfaks-Azərbaycan")
Qaynar.info