Xəbər lenti

Daha bir boksçumuzun rəqibi müəyyənləşdi
İdman06:49 27.10.2021

Daha bir boksçumuzun rəqibi müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan boksçusu Mirşərif Kazımzadənin Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ilk rəqibi bəlli olub.
 
Qaynarinfo xəbər verir ki, 75 kq çəki dərəcəsində rinqə çıxacaq idmançı 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayacaq.
Boksçumuzun rəqibinin adı bir gün öncə baş tutan döyüşlərdən sonra dəqiqləşib. 1/32 finalda Aaron Prinsi (Trinidad və Tobaqo) 4:1 hesabı ilə məğlub edən Macarıstan təmsilçisi mərhələ adladığından Kazımzadə ilə qarşılaşacaq. İlk mərhələdən azad olan boksçumuz Mesterlə oktyabrın 30-da döyüşəcək.
Buna qədər yarışda iştirak edən boksçularımızdan Məsud Yusifzadə 1/8 finala vəsiqə qaznıb. Onun həmin mərhələdə rəqibi puerto-rikolu Yankiel Rivera olacaq. Döyüş noyabrın 1-nə təsadüf edəcək.
Digər boksçumuz, 92 kq çəkidə yarışan Rauf Rəhimov 1/32 fnalda mübarizəni dayandırıb.
Səbuhi Həsənov