Xəbər lenti

Daha bir cüdoçumuz üçün Olimpiada başa çatdı
İdman14:48 07.08.2016

Daha bir cüdoçumuz üçün Olimpiada başa çatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir. 

Qaynarinfo.az xəbər verir ki, oyunların III günü Azərbaycan millisinin daha bir üzvü tatami üzərinə çıxıb.

Komandamızın heyətində Nicat Şıxəlizadə (66 kq) ilk mərhələdən azad olduğu üçün yarışa birbaşa 1/16 final mərhələsindən start verib.

2014-cü il Tbilisi Qran-Prisinin qızıl medalçısı olan 27 yaşlı həmyerlimiz ilk cəhdində ispan cüdoçu Suqoy Uriarte ilə üzləşib. O, rəqibinə yuko xalı ilə qalib gələrək 1/8 finala adlayıb.

Təmsilçimizin növbəti mərhələdəki rəqibi italiyalı Fabio Bazile olub. Lakin idmançımız ipponla rəqibinə uduzub.

Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur.

Qaynarinfo.Az