Türkiyədə çevriliş cəhdi edən hərbçilərə qarşı əməliyyatlar davam edir.
"Qaynarinfo.Az" yerli mətbuata istinadən xəbər verir ki, bir qədər əvvəl Çakırsöğüt Jandarma Komando Tuqay komandanı Ali Osman Gürcan həbs olunub.
General Şırnakda saxlanılıb. Polis İdarəsində ifadəsi alınan Ali Osman Gürcan çıxarıldığı məhkəmə tərəfindən "Konstutsiyanın pozulmasına cəhd" və "Güc tətbiq etməklə Türkiyə Cumhuriyyətini ləğv etməyə" cəhd ittihamları ilə həbs olunub.
Qaynarinfo.Az