Avstriya Konstitusiya Məhkəməsi 3-cü cinsi tanıyıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ölkə Avropa İnsan Haqqları Konvensiyasına əsasən bu barədə qərar qəbul edib. Bununla insanlar "kişi", "qadın" bölmələrindən əlavə "digər" bəndindən istifadə edə biləcək.
Qeyd edək ki, ötən ilin noyabrında Almaniya eyni qərarla 3-cü cinsi tanıyan ilk Avropa ölkəsi olmuşdu. Hollandiya da may ayında eyni qərarı qəbul edib. 3-cü cins Avstraliya, Yeni Zellandiya, ABŞ, Kanada, Hindistan, Pakistan, Nepal kimi ölkələrdə də tanınır.
Gülşən