Xəbər lenti

Daha bir ölkədə qasırğa və sel fəlakəti (FOTOLAR)
Dünya12:14 29.08.2017

Daha bir ölkədə qasırğa və sel fəlakəti (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da fəlakətətə səbəb olan Harvey qasırğasından sonra Hindistanda da təbii fəlakət proqnozları verilir.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Mumbayda güclü yağışlar dənizin daşaraq küçələri basmasına səbəb olub. 48 saat ərzində isə qasırğa gözlənilir. 

Bəzi ərazilərdə isə sel və torpaq sürüşməsi ehtimal edilir. 

Yağışlar səbəbilə vətəndaşlara evlərindən çıxmamaq məsləhət görülüb. Bəzi ərazilərdə qatar səfərləri təxirə salınıb. 

Milli təbii fəlakətlə mübarizə qüvvələri isə ehtimal edilən fəlakətə hazır olduqlarını bildirib.

Gülşən

Qaynarinfo.Az