Xəbər lenti

Daha bir müsavatçı saxlanıldı
Ölkə07:20 27.08.2014

Daha bir müsavatçı saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Göygöl təşkilatının sədrindən 2 saatdır, xəbər yoxdur

Bu gün səhər saatlarında Müsavat Partiyasının Göygöl Rayon Təşkilatının sədri Subatay Quluzadə həbs edilərək, polis idarəsinə aparılıb. 

Onun saxlanılmasının səbəbləri məlum deyil. Artıq 2 saata yaxındır ki, onun telefonuna zəng çatmır.

Qaynar.info xəbər verir ki, bu barədə musavat.com-a məlumatı Müsavat Divanının üzvü Tural Abbaslı verib.

O, bildirib ki, Subatay Quluzadə sonuncu dəfə polis idarəsinin önündən zəng vurub: “Neçə vaxt idi ki, Subatay bəy davamlı olaraq, polis idarəsinə çağırılırdı. İzahatlar alınıb, buraxılırdı. Bu gün isə yenidən idarəyə dəvət olunub. Ehtimal var ki, həbs ediləcək. Sonuncu dəfə 2 saat öncə zəng vurmuşdu. O zamandan əlaqə saxlamaq mümkün deyil. Telefonunu qardaşına verəcəyini demişdi. Görünür, imkan verməyiblər”.

Qaynar.info