Xəbər lenti

Daha bir ölkə süni intellektin ixtiraçı ola bilməyəcəyi barədə qərar qəbul etdi
Dünya07:26 21.12.2023

Daha bir ölkə süni intellektin ixtiraçı ola bilməyəcəyi barədə qərar qəbul etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Böyük Britaniya Ali Məhkəməsi açıq şəkildə bildirib ki, süni intellekt ixtiraçı deyil və patent hüququna malik ola bilməz.
Qaynarinfo bu barədə Reuters-ə istinadla xəbər verir.
Amerikalı kompüter alimi Stiven Taler DABUS adlı "yaradıcılıq maşını" tərəfindən inkişaf etdirildiyini söylədiyi ixtiralar üçün İngiltərədə iki patent almağa çalışıb. İngilis tənzimləyicisi ixtiraçının maşın deyil, bir şəxs və ya şirkət olması lazım olduğunu əsas gətirərək imtina edib. Amma alim bununla da kifayətlənməyib və qərardan Ali Məhkəməyə şikayət etməyə çalışıb.
Reuters yazır ki, bu həftə məhkəmə yekdilliklə onun şikayətini rədd edib, çünki Britaniya patent qanununa əsasən, "ixtiraçı fərdi olmalıdır” .
"Bu müraciət avtonom və süni intellektlə işləyən maşınlar tərəfindən yaradılan texnoloji irəliləyişlərin patentləşdirilə bilən olub-olmaması ilə bağlı daha geniş məsələni həll etmir. O, həmçinin "ixtiraçı" termininin mənasının artıq məlum məhsullar və proseslər üzərində üstünlüklər təklif edən yeni və qeyri-aşkar məhsul və proseslər yaradan süni intellektlə işləyən maşınları əhatə edəcək şəkildə genişləndirilməsi məsələsini qaldırmır” - hakim David Kitchin yazılı qərarında bildirib.
Alimin hüquqşünasları qərarı şərh edərək bildiriblər ki, "Böyük Britaniya patent qanunu hazırda süni intellekt maşınları tərəfindən avtonom şəkildə yaradılmış ixtiraların qorunması üçün tamamilə yararsızdır".
Prosesdə iştirak etməyən Browne Jacobson hüquqşünası Giles Parsons məhkəmənin qərarının proqnozlaşdırıla biləcəyini və patent hüququna əhəmiyyətli təsir göstərə bilməyəcəyini iddia edib. Eyni zamanda, o təklif edir ki, gələcəkdə bəşəriyyət bu məsələyə baxışını yenidən nəzərdən keçirməli olacaq.
"Hazırda bu qərarın patent sisteminə ciddi təsiri olmayacaq. Bunun səbəbi odur ki, AI hazırda agent deyil, bir vasitədir. Mən bunun ortamüddətli perspektivdə dəyişəcəyini gözləyirəm, lakin yaranan zaman bu problemin öhdəsindən gələ biləcəyik”.
NV Techno-nun yazdığı kimi, bu il Thaler artıq Amerika Birləşmiş Ştatlarında oxşar işi uduzub. Orada Ali Məhkəmə onun ABŞ Patent və Əmtəə Nişanları İdarəsinin onun süni intellekt sistemi tərəfindən yaradılmış ixtiralara patentləri rədd etməsi ilə bağlı etirazını dinləməkdən imtina edib.
Alpər