Xəbər lenti

Daha bir partiya seçkidə iştirakdan imtina etdi
Siyasət11:24 17.02.2018

Daha bir partiya seçkidə iştirakdan imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbədənkənar sessiyası keçirilib.
Qaynarinfo cebhe.info-ya istinadən xəbər verir ki, sessiyada aprel ayının 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri müzakirə edilib.
İclasda partiyanın seçkilərə qatılmaması barədə qərar verilib. Qərar partiya sədri Mirmahmud Mirəlioğlu tərəfindən elan edilib.
Qeyd edək ki, bundan əvvəl KXCP seçkilərə Mirmahmud Mirəlioğlunun namizədliyi ilə gedəcəyini açıqlamışdı. Lakin seçkilərin vaxtının dəyişdirilməsindən sonra partiya boykota gedəcəyini bildirmişdi.