Xəbər lenti

Daha bir "avtoritet" öldürüldü
Dünya12:24 04.03.2013

Daha bir "avtoritet" öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiyanın paytaxtı Moskva şəhərindəki ticarət mərkəzlərimdən birinin önündə milliyətcə çeçen olan Amirbek Bisultanov güllənərək öldürülüb.

Qaynar.info xəbər verir ki, Moskva polisinin verdiyi məlumata görə, Bisultanov "Forbes" jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikovun qətlinin sifarışçisi olan "Lazan" cinayətkar qruplaşmasının başçısı Xojəhməd Nuxayevin yaxın adamlarından biri olub.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarının versiyasına görə, Pol Xlebnikov Xojəhməd Nuxayevlə müsahibəsindən sonra yazdığı "Barbarla söhbət" kitabına görə məhz Nuxayevin əmri iulə qətlə yetirilib. Kitabda Xlebnikov Xojəhməd Nuxayevin törətdiyi qətllərdən və onun vəhşiliyindən yazıb.

Amirbek Bisultanovun kimlər tərəfindən öldürüldüyü məlum deyil. Olayla bağlı istintaq aparılır.

Qaynar.info