Xəbər lenti

Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR
Ölkə11:59 09.04.2016

Daha bir şəhidimiz dəfn olundu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 2-nə keçən gecə cəbhədə Erməni təxribatı nəticəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən övladlarından biri də Nərimanov rayonundan hərbi xidmətə çağırılmış 1994-cü il təvəllüdlü Mirzəyev Mahir Sabir oğludur.
Qaynar.info xəbər verir ki, aprelin 9-da şəhidlə vida mərasimi keçirilib.
Şəhid böyük izdihamla son mənzilə yola salınıb. Şəhidimizi yola salma mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib
Sonra şəhidin cənazəsi Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlığa gətirilib, cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib.
Şəhidin tabutu üzərində bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilib.
Mərasimə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və gənclər qatılıb.
Qaynar.info