Xəbər lenti

Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO
Dünya12:37 29.03.2015

Daha bir sərnişin təyyarəsi qəzaya uğradı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Air Canada” aviaşirkətinə məxsus “Airbus A-320” sərnişin təyyarəsi Kanadanın Qalifaks beynəlxalq aeroportunun uçuş zolağında qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, təyyarədə 132 sərnişin və 4 ekipaj üzvü olub.

Qəza nəticəsində ölən olmasa da, 25 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qəzaya güclü qarın səbəb olduğu bildirilir. Bundan başqa qəza zamanı aeroportda elektrik enerjisi də kəsilib.

Qaynar.info