Xəbər lenti

Daha bir şirkətdə yeyinti aşkarlandı
Ölkə12:37 17.09.2013

Daha bir şirkətdə yeyinti aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Falkon Grup" Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilmiş qanun pozuntularına dair Baş Prokurorluğa daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, "Falkon Grup" MMC-də ticarət agenti vəzifəsində işləyən İlkin Əliyev, Ramin Xəlilov və Samir Dibirovun cəmiyyətin rəhbərliyi tərəfindən onlara etibar edilmiş ümumilkdə 26.800 manat məbləğində əmlakı talamalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Qaynar.info