Pakistan Talibanının Hakimullah Məsud qrupunun lideri Şəhriyar Məsud Əfqanıstanın Kunar vilayətində öldürülüb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Taliban lideri konvoyu ilə keçən zaman yol kənarına qurulan mina uzaqdanidarəetmə cihazı ilə partladılıb. Onun yerinə müavinlərindən biri olan Mövlanə Vali Məhəmmədin gətirildiyi bildirilib.
Qeyd edək ki, qruplaşmanın liderlərindən olan Seyfullah Məsud da onlardan ayrılan Hakkani qrupunun hücumu nəticəsində ötən ilin dekabrında ölmüşdü.
Camal