Xəbər lenti

Daily Express: Putin Çinlə sözləşib Avropanın başını aldatdı
Dünya14:20 04.01.2022

Daily Express: Putin Çinlə sözləşib Avropanın başını aldatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya prezidenti Vladimir Putin Çinlə qaz tədarükünü artırmaq barədə razılığa gələrək Avropanı aldatmağa nail oldu.
Qaynarinfo xəbər verir ki, bu qənaətə köşə yazarı Entoni Aşkenazi Britaniyanın Daily Express nəşri üçün yazdığı məqalədə gəlib.
Nəşrin müəllifinin sözlərinə görə, Rusiya lideri və Çin Xalq Respublikasının sədri Si Czinpin yeni boru kəmərinin tikintisi ilə bağlı sövdələşməni bağlamağa yaxındırlar, onun vasitəsilə tədarüklər "Şimal axını-2” qaz kəməri vasitəsilə Avropaya göndəriləcəyi nəzərdə tutulan yanacaq həcminə bərabər olacaq.
"Saziş Çinə ixracı ikiqat artıracaq, "Sibirin gücü-2” yeni əsas qaz kəməri hər il əlli milyard kubmetrə qədər təbii qaz nəql edəcək”, – PRIME məqalədən sitat gətirir.
Aşkenazi vurğulayır ki, bu isə Avropada ciddi enerji böhranı fonunda baş verir.
TASS xatırldır ki, 2020-ci ilin yazında Putin "Qazprom”a "Sibirin gücü-2” layihəsinin ilkin mərhələsinə keçməyi tapşırıb. Bu, Rusiyanın şərqinin və qərbinin qaz nəqli sistemlərini birləşdirməyə imkan verəcək. Bundan əlavə, konsern Monqolustan vasitəsilə Çinə 50 milyard kubmetrə qədər qazı kəmər vasitəsilə çatdıra və Rusiya Federasiyasının bir sıra rayonlarını qazlaşdıra biləcək.
 
Alpər