
Təmir işləri ilə bağlı Bakı Dairəvi Avtomobol Yolunun 4-8 kilometrində, yəni Bakı Dövlət Yol Polisi İdarəsinin inzibati binasından "Sədərək" ticarət mərkəzinə qədər olan hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, təmir işləri təxminən iki həftə ərzində yekunlaşdırılacaq. Təmirlərarası müddət anlayışına görə, həmin ərazidə asfaltın yeyilən aşınma qatı təmizlənərək yeni asfalt örtüyü salınacaq.
Məlumatda bildirilir ki, Bakı Dairəvi avtomobol yolunda avtomobillərin hərəkət intensivliyi yüksək olduğundan, həmin təmirə ehtiyac yaranıb.
Qaynar.info