
Öldürülənlər arasında səhra komnadiri Bammatxan Şeyxov da var.
Rusiyanın güc strukturları Dağıstanın Bunyaksk şəhərində doqquz yaraqlını qətlə yetiriblər. Anspress qərb mətbuatına istinadən bildirir ki, öldürülənlər arasında səhra komnadiri Bammatxan Şeyxov da olub.
Rusiya güc strukturları tərəfindən verilən məlumata görə, sözügedən dəstə 20-yə yaxın terror hadisəsi ilə bağlı olub. O cümlədən, Bunyaksk məscidinin axundu onlar tərəfindən öldürülüb. Eyni zamanda, yaraqlı dəstəsi 2010-cu ilin sentyabr ayında Rusiyanın "Dalniy" hərbi poliqonuna hücum etmişdi və çox sayda insanın ölümünə səbəb olmuşdu.
Qaynar.info