Xəbər lenti

Danimarka klubu "Qarabağ"a görə məşqçisini qovdu
İdman06:16 06.09.2017

Danimarka klubu "Qarabağ"a görə məşqçisini qovdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Danimarkanın "Kopenhagen" klubunun baş məşqçisi Stole Solbakkenin əsas köməkçisi Brian Priske komandadan kənarlaşdırılıb. "Qaynarinfo" Fanat.az-a istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis Yohan Lange ilə əvəzlənib. 

Danimarka mətbuatı iddia edir ki , buna səbəb komandanın Çempionlar Liqasının "pley-off" mərhələsindəki uğursuz çıxışı olub. Lakin uğursuzluğa görə baş məşqçinin yox, köməkçisinin qovulması təəccüblə qarşılanıb.

Qeyd edək ki, "Kopenhagen" Çempionlar Liqasının "pley-off" mərhələsində iki oyunun nəticəsinə görə "Qarabağ"a uduzub. Azərbaycan çempionu evdə qələbə qazanıb (1:0), səfərdə məğlub olub (1:2) və səfər qolu sayəsində qrupa vəsiqə qazanıb. "Kopenhagen" isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Qaynarinfo.Az