Xəbər lenti

Dünya 19:00 13.03.2024

Danimarka qadınların hərbi xidmətə çağırışını kişilərlə bərabər şəkildə tətbiq edəcək

Danimarka növbəti illərdə çağırışçıların sayını artırmağı, hərbi xidmətə çağırış sistemini qadınlar üçün genişləndirməyi, onları kişilərlə bərabərləşdirməyi və hərbi xidmət müddətinin uzadılmasını planlaşdırır.

Qaynarinfo xəbər verir ki, bu barədə DR məlumat yayıb.

Danimarkanın baş naziri Mette Frederiksen hökumətin orduya çağırışı bərabərləşdirəcəyini deyib.

"Ölkəni qorumaq sənin edə biləcəyin ən şərəfli işlərdən biridir. Ona görə də bu gün hökumət çağırış müddətinin uzadılmasını, məsuliyyətin daha da artırılmasını, vəzifələrin çoxalmasını təklif edir. Və biz tam gender bərabərliyini təklif edirik”, - o deyir.
Qeyd olunur ki, hökumət qadınlar üçün 2026-cı ildən qüvvəyə minəcək icbari hərbi xidmət tətbiq edəcək.

Bundan əlavə, ölkənin müdafiə naziri Troels Lund Poulsenin sözlərinə görə, hərbi xidmətə çağırış 4 aydan 11 aya qədər uzadılacaq. İlk beş ayda çağırışçılar əsas hazırlıq keçəcək, son altı ayda isə Danimarka müdafiə heyətinin bir hissəsi olacaqlar.
Artıq qadınlar hərbi xidmətə çağırış hüququndan istifadə edə bilərlər, lakin onlar bunu kişilərdən fərqli şərtlərlə həyata keçirirlər - məsələn, onlar öz xahişi ilə hərbi xidmətə çağırışdan imtina edə bilərlər.

Frederiksen deyir: "Gender bərabərliyinin artırılmasının yaşadığımız dövrü əks etdirən daha müasir və müxtəlif müdafiə yaradacağına heç bir şübhəmiz yoxdur”.

Keçən il təxminən 4700 danimarkalı hərbi xidmətdə olub - onların təxminən dörddə biri qadınlardır.

Poulsenin sözlərinə görə, qanunvericilik ən geci 2025-ci ilə qədər tamamlanmalı və 2026-cı ildə qüvvəyə minməlidir.

Beləliklə, çağırışçıların illik sayı 5000 nəfərə çatdırılmalıdır.

Ölkə hökuməti həmçinin növbəti 5 il ərzində müdafiə ehtiyacları üçün əlavə 40 milyard kron (təxminən 5,3 milyard avro) ayırmağı planlaşdırdığını açıqlayıb.

Beləliklə, Danimarka 2024 və 2025-ci illərdə ÜDM-in 2,4%-ni müdafiəyə xərcləyəcək. Buraya Ukraynaya göstərilən hərbi yardımın dəyəri də daxil olacaq.

Çərşənbə axşamı, martın 12-də Danimarka Ukraynaya 16-cı hərbi yardım paketini təqdim etdiyini açıqlayıb.

Paketə CAESAR artilleriya sistemləri, özüyeriyən 120 mm-lik minaatan və 155 mm-lik sursat daxildir.

Hesabatda həmçinin qeyd olunur ki, hərbi yardım paketinin dəyəri təxminən 2,3 milyard kron (337 milyon dollar) təşkil edir və Ukrayna Fondu vasitəsilə maliyyələşdirilir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->