Xəbər lenti

Daşınmaz əmlak bazarında vəziyyət necədir? (VİDEO)
Video 22:41 02.08.2026

Daşınmaz əmlak bazarında vəziyyət necədir? (VİDEO)

Daşınmaz əmlak qiymətlərində ciddi artım müşahidə olunur.

Əmlak eksperti Elnur Fərzəliyev deyir ki, qiymət artımları daha çox ümumi sahəsi kiçik olan mənzillərdə nəzərə çarpır. Buna daha çox köhnə tikili binaları misal göstərmək olar.

Ekspert bildirib ki, yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. Bunun əsas səbəblərindən biri Bakıda yeni çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı torpaq sahələrinin azalmasıdır.

Ekspert bildirib ki, hazırda yeni tikili binalarda qiymətlər yerləşdiyi əraziyə görə dəyişir. Paytaxtın mərkəzi hissəsində bir kvadratmetrin qiyməti təxminən 4-7 min manat, mərkəzə yaxın ərazilərdə 2-4 min manat, şəhər kənarında isə 1 500-2 500 manat arasındadır. Köhnə binalarda isə qiymətlər əsasən bir kvadratmetr üçün 2 500-4 min manat arasında dəyişir.//Xəzər TV
 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->