Xəbər lenti

Daşkəsəndə leysan yağıb, dolu düşdü:  Ciddi fəsadlar yaradıb
Ölkə18:42 24.05.2019

Daşkəsəndə leysan yağıb, dolu düşdü: Ciddi fəsadlar yaradıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşkəsənə yağan güclü yağış və dolu fəsadlar yaradıb.
"Qafqazinfo"nun verdiyi məlumata görə, bu gün saat 17:00 radələrindən başlayaraq qərb bölgəsində yağmağa başlayan yağış bəzi ərazilərdə daha intensiv olmaqla küləklə müşahidə olunub. Daşkəsən rayonuna yağış, daha sonra dolu yağmağa başlayıb.
Təbiət hadisəsi nəticəsində rayonunun elektrik, rabitə təsərrüfatına, əkin sahələrinə xeyli ziyan dəyib. Bəzi ərazilərdə ağaclar qırılıb. Baş verənlərlə əlaqədar aidiyyəti qurumlara müvafiq məlumat verilib.
Fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.