Xəbər lenti

"Davam” #HeydarAliyev həştəqini qlobal gündəmə çevirib
Ölkə11:05 12.05.2022

"Davam” #HeydarAliyev həştəqini qlobal gündəmə çevirib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
10 may səhər saatlarından etibarən "Davam” Gənclər Hərəkatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar olaraq "Twitter” sosial media platforması üzərindən "Heydər Əliyev 99” adlı kampaniyaya start verilib.
 Kampaniya çərçivəsində #HeydarAliyev, #HeydərƏliyev99, #davam2022 həştəqləri ilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tvitlər paylaşılıb. Bu tvitlər yarım milyondan çox istifadəçiyə çatıb.
 Xüsusilə 58 mindən çox tvitdə istifadə olunan #HeydarAliyev həştəqi "Twitter”in ölkə və qlobal səviyyədə, yəni dünya gündəminə çevrilib.