Foto 12:43 07.11.2022

"Davam" Qobustan və Şamaxıda silsilə tədbirlər keçirdi (FOTOLAR)

"Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar olaraq keçirilən "ZəfərimİZ” kampaniyası çərçivəsində gənclərlə və gənclər üçün ümumrespublika miqyaslı silsilə tədbirlər davam edir.  

Kampaniya çərçivəsində növbəti görüşlər Qobustan Gənclər Evi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş tutub. Görüşlər zamanı Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolu, regiondakı geosiyasi şərait, postmüharibə dövrünün reallıqları, "Davam” Gənclər Hərəkatının fəaliyyəti, gördüyü işlər və gənclər üçün yaratdığı imkanlar haqqında ətraflı məlumat verilib, gənclərin çoxsaylı sualları cavablandırılıb.  

Ümumilikdə kampaniya çərçivəsində Qobustan və Şamaxıda keçirilən görüşlərdə 300-ə yaxın gənc iştirak edib.