Xəbər lenti

Foto 12:18 05.08.2023

“Davam” Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil qərargahında olub (FOTO)

"Davam” Gənclər Hərəkatı və Qoşulmama Hərəkatı Gənclər Təşkilatı arasında QHGT-nin mənzil qərargahında görüş baş tutub.
 
"Davam” Gənclər Hərəkatının nümayəndələri QHGT-nin mənzil qərargahı və qərargah daxilində təsis olunan tədqiqat mərkəzinin şəraiti ilə tanış olublar.
 
Daha sonra QHGT-nin sədri Orduxan Qəhrəmanzadə qonaqlara QHGT-nin məqsəd və prinsipləri, o cümlədən Təşkilatın təsisindən bəri həyata keçirdiyi irimiqyaslı tədbirlərdən söz açıb. "Davam” Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı öz növbəsində QHGT-nin mənzil qərargahının açılışı münasibətilə O.Qəhrəmanzadəni təbrik edərək Təşkilata öz fəaliyyətində uğurlar arzulayıb. Tərəflər qarşılıqlı əlaqələrin gücləndirilməsi və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. 
 
"Davam” Gənclər Hərəkatının təmsilçiləri QHGT qərargahına Ulu Öndər Heydər Əliyevin portretini əks etdirən xatirə hədiyyəsi təqdim ediblər. Görüşün sonunda xatirə fotosu çəkilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə təsis olunan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi 2022-ci il 29 iyul tarixində Şuşa Sazişi ilə Təşkilata çevrilib. Azərbaycanın sədrliyi dövründə Hərəkatın institusional inkişafı üçün atılmış mühüm addımlardan biri olan QHGT hazırda QH gənclərinin inkişafına təkan verən platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->