Xəbər lenti

Ölkə 15:55 21.10.2023

“Davam” tərəfindən informasiya müharibəsi ilə bağlı maarifləndirmə layihəsi başa çatdı

"Davam” Gənclər Hərəkatı tərəfindən həyata keçirilən informasiya müharibəsi ilə bağlı maarifləndirmə ayı çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "İnformasiya müharibəsi şəraitində sosial mediadan effektiv istifadə üsulları və "saxta xəbərlər”lə mübarizə” adlı layihə başa çatıb.
 
Layihənin əsas məqsədi informasiya müharibəsində sosial mediadan istifadə qaydalarının gənclərə aşılanması, onların düzgün istiqamətləndirilməsi, virtual məkanda Azərbaycanın maraqlarının təmin edilməsi, dövlətimizin əleyhinə keçirilən "qara piar” kampaniyaları və saxta xəbərlərə qarşı mübarizə aparmaqdır.
 
Layihə çərçivəsində sosial media məsləhətçisi Ələmdar Manafovun təqdimatında "Sosial mediadan effektiv istifadə üsulları”, "İslahatçı Gənclər” İctimai Birliyinin sədri, ekspert Fərid Şahbazlının təqdimatında "Saxta xəbərlər və dezinformasiyaya qarşı mübarizədə xarici KİV-lərlə əməkdaşlığın əhəmiyyəti”, "Azxeber.com” İnformasiya Portalının baş direktoru, ekspert Əfsələddin Ağalarovun təqdimatında "Hərbi sirr təşkil edən məlumatlarla xəbər xarakterli informasiyanın fərqi”, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının mətbuat katibi Aygün Kərimovanın təqdimatında "Sosial mediadan səmərəli istifadə və saxta xəbərlərlə mübarizədə gənclər təşkilatları şəbəkəsinin əhəmiyyəti”, ekspert Azər Niftiyevin təqdimatında "Saxta xəbərlərin yaratdığı fəsadlar və sosial media resurslarından faydalı istifadə” mövzusunda növbəti interaktiv görüşlər baş tutub. Görüşlər zamanı mövzular ilə bağlı gənclərə ətraflı məlumat verilib, onların çoxsaylı sualları cavablandırılıb. 
 
Qeyd edək ki, layihə çərçivəsində ümumilikdə 10 görüş baş tutub və bu görüşlərin hər birində 20-25 nəfərlik fərqli gənc qrupları iştirak edib.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->