Foto 14:25 20.01.2023

Davamçılar 20 Yanvar şəhidlərini yad etdi (FOTOLAR)

20 Yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar olaraq "Davam” Gənclər Hərəkatının baş katibi Nigar Aslanova, Bölgələrdəki İnkişaf Layihələrinin İnteraktiv Koordinasiya Mərkəzinin (BİLİK) rəhbəri Niyaz Əliyev, Davamlı İnkişaf Xidmətinin rəhbəri  Aygün Hüseynova, katibliyin əməkdaşları və 300-dən çox davamçının iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib və şəhidlərimizin əziz xatirəsi yad olunub.

Davamçılar ölkəmizin azadlığı uğrunda həlak olan Vətən övladlarının məzarları üzərinə qərənfillər düzüb, "Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingenti xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə Bakını zəbt edib. Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb.