Xəbər lenti

Davudoğlu istefadan sonra arxa sıralarda oturur - FOTO
Dünya11:43 29.05.2016

Davudoğlu istefadan sonra arxa sıralarda oturur - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
AK partiyasının Konya üzrə millət vəkili Əhməd Davudoğlu baş nazir postunu Binəli Yıldırıma təhvil verdikdən sonra bu gün ilk dəfə Türkiyə Böyük Millət Məclisinin (TBMM) plenar iclasına qatılıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Davudoğlu Binəli Yıldırımın rəhbərliyi ilə qurulan 65-ci hökumətlə bağlı etimad səsverməsi üçün digər nazirlər və millət vəkilləri ilə birlikdə iclasda iştirak edib.
Eks-baş nazirin iclasda arxa sıralarda oturması diqqət cəlb edib.
Bəzi deputatların onunla səmimi söhbətlər etdiyi, Davudoğlunun üzünün güldüyü də nəzərdən qaçmayıb.
Qaynarinfo.az