Xəbər lenti

Davudoğluna qarşı sui-qəsd olunub
Dünya09:47 08.01.2014

Davudoğluna qarşı sui-qəsd olunub

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun keçən ay Yunanıstana səfəri zamanı ona qarşı hazırlanan sui-qəsdin qarşısı alınıb.


Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti çərşənbə günü məlumat verib.

Məlumata əsasən, XİN rəhbərinə qarşı sui-qəsd İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) tərəfindən hazırlanıb.

Məlumatda o da qeyd olunur ki, Davudoğluna qarşı sui-qəsd hazırlayan terror şəbəkəsinin bəzi üzvləri həbs edilib.

Məlumat üçün qeyd edək ki, İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C ) Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində keçən il may ayında baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Qaynar.info