Xəbər lenti

DÇ-2022: Son 24 ilin antirekordu qeydə alındı
İdman11:12 03.12.2022

DÇ-2022: Son 24 ilin antirekordu qeydə alındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında son 24 ilin antirekordu qeydə alınıb.
"Report”un məlumatına görə, 5 komandanın qrupu məğlubiyyətsiz başa vurması 32 yığmanın iştirakı ilə 8 qrupdan ibarət təşkil olunan formatda ən aşağı göstəricidir.
DÇ-1998 və DÇ-2002-də 12, DÇ-2006-da 11, 2010, 2014 və 2018-ci illərdəki dünya çempionatlarında isə 9 komanda qrupda məğlub olmayıb. Budəfəki mundialda yalnız Niderland, İngiltərə, ABŞ, Mərakeş və Xorvatiya qrupu yenilgi üzü görmədən tamamlayıb.
Qeyd edək ki, qrup mərhələsində Niderland, İngiltərə, Mərakeş 7 xal, ABŞ-la Xorvatiya 5 xal toplayıb. Turnirin 1/8 finalına bu gün keçiriləcək oyunlarla start veriləcək.