İdman 21:48 05.12.2022

DÇ-2022: Xorvatiya millisi Yaponiyaya qalib gələrək 1/4 finala yüksəldi

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Qaynarinfo xəbər verir ki, Avropa təmsilçisi 1/8 finalda Yaponiyanı mübarizədən kənarlaşdırıb.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Yaponiyalılardan Daydzen Maedanın 44-cü dəqiqədə vurduğu qola İvan Perişiç 55-ci dəqiqədə cavab verib. Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə vaxt oynanılıb.

Tablodakı rəqəmlər dəyişmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan (3:1) Xorvatiya yığması adını növbəti mərhələyə yazdırıb.