FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə ötən ayla müqayisədə Azərbaycan milli komandasının mövqeyində dəyişiklik olmayıb. Millimiz 1143 xalla 121-ci pillədə qərarlaşıb.
Ötən ay açıqlanan reytinq cədvəlində Canni De Byazinin rəhbərlik etdiyi yığma üç pillə geriləyərək məhz 121-ci yerə düşmüşdü.
Türkiyə yığması isə 41-ci pillədəki mövqeyini qoruyub. "Ay-ulduzlular”ın aktivində 1484 xal var. Reytinqin zirvəsində dəyişiklik olmayıb. DÇ-2022-nin qalibi Argentina yığması 1843 xalla liderliyini davam etdirib. Qətərdəki mundialın finalçısı Fransa seçməsi (1843) cüzi fərqlə ikinci, Braziliya (1828) isə üçüncü sırada qərarlaşıb.
Reytinq cədvəlində ilk "10-luq” aşağıdakı kimidir:
1. Argentina – 1843,73 xal
2. Fransa – 1843,54
3. Braziliya – 1828
4. İngiltərə - 1797
5. Belçika – 1788
6. Xorvatiya - 1742
7. Niderland – 1731
8. İtaliya – 1726
9. Portuqaliya – 1718
10. İspaniya – 1703
Səbuhi Həsənov