Xəbər lenti

De Byazili yığma Maltaya məğlub oldu
İdman20:03 25.03.2022

De Byazili yığma Maltaya məğlub oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Əsas millimiz bu gün yoldaşlıq matçında qüvvəsini sınayıb.
Qaynarinfo xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Maltanın qonağı olub. Ta Qalidə yerləşən Milli Stadionda baş tutan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə nəticələnib - 0:1.
Maltanın heyətində 55-ci dəqiqədə Yurgen Deqabriele fərqlənib.
Azərbaycan yığması martın 29-da eyni arenada Latviya ilə qarşılaşacaq.
Səbuhi Həsənov