Xəbər lenti

Dəhşətli qəza: ölənlər və yaralılar var - FOTO
Ölkə14:18 22.03.2017

Dəhşətli qəza: ölənlər və yaralılar var - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəlilabad rayonu ərazisində qəza baş verib.

Milli.Az-ın məlumatına görə, 44 BL 356 nömrəli "VAZ 2106" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində iki nəfər ölüb, iki nəfər ağır yaralanıb. Ölənlərin biri qadın, o biri isə orta yaşlı kişidir.

Hadisə şahidlərinin verdiyi məlumata görə, nömrəsi bilinməyən ağ rəngli "Mercedes" avtomobili qarşı tərəfə çıxaraq "Chevrolet"lə toqquşub. "Chevrolet" isə "VAZ 2106" markalı maşınla toqquşub və sonuncu öz yolundan çıxaraq ağaca çırpılıb.

Qaynar.Az