Xəbər lenti

Dəhşətli yol qəzası: 7 ölü
Dünya11:21 30.09.2013

Dəhşətli yol qəzası: 7 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Sakarya vilayətinin Pamukova rayonunda yük avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend bazar ertəsi "Sabah" qəzetinə istinadən məlumat verir.

İlkin məlumata görə, qəza nəticəsində 7 nəfər ölüb, ondan artıq adam isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

İlkin məlumata əsasən, qəzaya səbəb yük maşını sürücüsünün idarəetməni itirməsi olub, nəticədə avtomobil ağaca çırpılıb.

Qaynar.info