Xəbər lenti

Dəm qazından necə qorunmalı? - Bəla yaxınlaşır
Ölkə17:15 13.10.2014

Dəm qazından necə qorunmalı? - Bəla yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qış mövsümü yaxınlaşdıqca dəm qazı və onun yaratdığı problemlər yenidən gündəmə gəlir.

Son illərə diqqət yetirdikdə dəm qazından zəhərlənənlərin və bu səbəbdəndünyasını dəyişənlərin sayının artdığı müşahidə olunur. Bu məsələ hərqışda ölkə gündəmini zəbt edən əsas problemlərdəndir. Bu probleminqarşısını almaq üçün ilk növbədə evlərin boruları və bacaları mütəmadiyoxlanılmalıdır. Qaz cihazları və istilik sistemlərinin sazlığına daimvə ciddi nəzarət edilməli, qaz sızmasına qarşı etibarlı siqnalizasiyasistemi quraşdırılmalıdır.

Ekspertlər diqqəti belə bir məqama yönəldirlər ki, ölüm halları daha çoxİranda istehsal olunmuş sobaların düzgün işləməməsindən meydana çıxır.Bu səbəbdən də qaz sobalarının borusu yalnız dəmirdən hazırlanmalı vəonun bayıra çıxışı olmalıdır. Bundan başqa, otağın havası tez-tezdəyişməli, bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.

“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Araz Ağayev AzVision.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qazdan istifadə qaydaları ilə bağlı qərarı var.

Qurum rəsmisinin sözlərinə görə, təhlükəsizliyin təmin olunması daha çox abonentlərin özündən asılı olan məsələdir.

“Bu qərarla abonentlərin üzərinə bir sıra vəzifələr qoyulur. Hər birabonent o qaydalarla üzərinə düşən vəzifələri dəqiq yerinə yetirməlidir.“Azəriqaz” İstehsalat Birliyinə gəldikdə isə bizim qurum tərəfindənmütəmadi olaraq texniki baxışlar keçirilir. Bu ildən etibarən bu texnikibaxışları yerli “Azəriqaz”ın qaz istismarı sahələri deyil, yeniyaradılan qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi yerinəyetirir.

Həmin sahə peşəkar mühəndislərdən ibarətdir və onlar tərəfindən texnikibaxışlar gücləndirilib. Qeyri-qanuni qaz birləşmələri, standartdankənaraçıxma kimi halların qarşısını almaq üçün tədbirlər görülür.Ümumilikdə mütəmadi olaraq bizim müvafiq şöbələrdə təbii qazdanqeyri-qanuni istifadə hallarını aşkarlamaq üçün reydlər keçirirlər.Bununla bağlı maarifləndirici tədbirlər aparılır və bundan sonra dadavam etdiriləcək”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla dəm qazındanzəhərlənmənin çox ciddi fəsadları olduğunu heseb edir. Bildirir ki, bucür zəhərlənmələrin ən təhlükəli tərəfi insanın dəm qazı sızmasını hissetməməsi və asanlıqla huşunu itirməsidir.

“Dəm qazı orqanizmə düşdükdə qandakı hemoqlobinlə birləşərəkkarboksihemoqlobin əmələ gətirir, nəticədə oksigen daşıyan fəalhemoqlobinin miqdarı aşağı düşür. İnsan nəfəs alsa da, oksigentoxumalara gedib çata bilmir. Bu birləşmə nə qədər çox olsa,konsentrasiya o qədər aşağı düşür. Nəticədə kəskin anemiya yaranır.Beynin və ürəyin sıradan çıxmasının, huşun itməsinin əsas səbəbi budur”.

Qaynar.info