Xəbər lenti

Dəm qazından zəhərlənərək ölən direktorun yerinə yeni təyinat
Ekonomiks 13:33 01.05.2026

Dəm qazından zəhərlənərək ölən direktorun yerinə yeni təyinat

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) məxsus "İZİA Development" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin olunub.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul edilib.

Belə ki, Azər Qurbanov "İZİA Development"in direktoru təyin olunub. O, bu təyinatadək Agentliyin Rezidentlərə dəstək şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl "İZİA Development"in direktoru vəzifəsində bu ilin fevralında dəm qazından boğularaq ölən 64 yaşlı Rəşad Əliyev çalışıb
--> -->