Xəbər lenti

"Dəmirbank"ın filial müdirinə hökm oxundu
Ölkə11:07 05.07.2018

"Dəmirbank"ın filial müdirinə hökm oxundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmirbank" ASC-nin Bayıl filialının mənimsəmədə təqsirləndirilən sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən Tamamgül Xanlarova 1000 manat cərimə, Fariz Qarayevin isə əmək haqqısında hər ay 20 faiz tutulmaqla bağlı qərar qəbul olunub.
Xatırladaq ki, prokuror çıxışında Fərəh Rəşadətlinin 10 il və bankın əməkdaşı Fariz Qarayevin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, Tamamgül Xanlarovanın isə 2 il islah işlərinə cəlb olunmasını istəmişdi.
Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddəlləri ilə təqsirləndirilir. F.Qarayev və T.Xanlarova isə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
F. Rəşadətli "Dəmirbank”ın filial müdiri olub, T. Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. F. Qarayev isə bankın əməkdaşı olub. F. Rəşadətli mənimsəmə, digərləri vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilirlər.
Onların hər üçü barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
İş üzrə 8 zərərçəkən şəxs tanınıb. Dəymiş ümumi ziyan 3 milyon manata yaxındır.
Hər üç şəxs barəsində istintaq dövründə polis nəzarətində qətimkan tədbiri seçilib.
Lakin Fərəh Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib.