Xəbər lenti

Dəmiryolu Vağzalında bilet böhranı
Ölkə20:19 19.03.2015

Dəmiryolu Vağzalında bilet böhranı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dəmiryol Vağzalında gərginlik yaşanır. Arqument.az-ın müxbiri xəbər verir ki, hazırda Bakı Dəmiryol Vağzalında bayramla əlaqədar gərginlik yaşanır. Belə ki, biletsiz sərnişinlər rüşvət müqabilində qatarlara buraxılır. 
Bakı-Astara istiqamətində hərəkət edən qatarlarda isə vəziyyət daha dözülməzdir. Biletin qiyməti 5 manat olduğu halda, qatar bələdçiləri biletsiz sərnişinlərdən 10 manat tələb edir. Bundan başqa, biletsiz sərnişinləri vaqonlara yerləşdirən bələdçilər onunların yolçuluğuna da əngəl yaradır. 
Əməkdaşımız xəbər verir ki, sərnişinlər bir yerdə 3 nəfər olmaqla yol getməyə məcbur edilir. Ən dəhşətlisi isə odur ki, sərnişinlərin bir çoxu 10 saatlıq yolu ayaq üstə getmək məcburiyyətində qalıblar. 
Qaynar.info