Xəbər lenti

Dəmiryolu vağzalında partlayış
Dünya16:15 30.04.2014

Dəmiryolu vağzalında partlayış

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin Urumçi şəhərində dəmiryolu vağzalında partlayış baş verib.

ANS PRESS-in verdiyi məlumata görə, hadisənin təfərrüatları və zərəçəkənlər haqqında məlumatlar araşdırılır.

Partlayış baş verən əraziyə təcili yardım maşınları və polislər toplaşıblar. Hadisə yerində çoxlu sayda yaralıların olduğu bildirilir.

Çinin “Sinxua” informasiya agentliyi xəbər verir ki, artıq polis qüvvələri ərazini mühasirəyə alıb, kənar şəxslərin hamısını ərazidən təxliyyə edilirlər. Yaralılar isə xəstəxanalara göndərilir. Həmin istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Urumçi şəhərində partlayış Çin Xalq Respublikasının rəhbəri Si Tsinpinin Uyqur Muxtar rayonunun paytaxtı Sintsyana və ümumilikdə regiona olan 4 günlük səfəri başa çatandan bir neçə saat sonra baş verib.

Qaynar.info