Xəbər lenti

Dəmiryolu Vağzalında yenilik: işlə, yat, dincəl - FOTOLAR
Ölkə07:24 11.03.2017

Dəmiryolu Vağzalında yenilik: işlə, yat, dincəl - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Dəmiryolu Vağzalında sərnişinlərin istirahət etməsi üçün “Sleepbox” quraşdırılıb.

"Qaynar"-ın azvision-a istinadən verdiyi məlumata görə, “Sleepbox” qatarın gəlişini gözləyən sərnişinlərin istirahət etməsi üçün nəzərdə tutulub.

Sərnişinlər “Sleepbox”da TV-yə baxa, öz kompüterlərində işləyə, həmçinin yata bilərlər.

“Sleepbox” isti döşəmə, elektron jalüz və kondisionerlə təchiz olunub. Həmçinin burada istirahət edən sərnişin qatarların hərəkət cədvəlini onlayn rejimdə nəzərətdə saxlaya bilər. “Sleepbox”da istirahət etmək istəyən şəxs gözləmə zalının ikinci mərtəbəsində qeydiyyatdan keçməlidir.

Hələlik “Sleepbox”dan istifadənin qiyməti müəyyən edilməyib.

Qaynar.Az