Xəbər lenti

Demoqrafik fəlakət: Ermənistan qocalar ölkəsinə çevirlir
Dünya11:19 01.06.2022

Demoqrafik fəlakət: Ermənistan qocalar ölkəsinə çevirlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda Ermənistanın ictimai müstəvisində gedən qızğın müzakirələrin mərkəzində ölkənin dövlətçiliyi üçün həyati əhəmiyyət kəsb edən mühüm bir mövzu çox vaxt diqqətdən kənarda qalır. 
Söhbət Ermənistanın demoqrafik göstəricilərindən və bu istiqamətdə mövcud tendensiyalardan gedir. Məlumdur ki, Ermənistan qocalmış ölkələr sırasındadır. Başqa sözlə, ölkə əhalisinin sayı durmadan azalır və bu, ölkənin ümumi potensialına da böyük təsir edir.
Və təsadüfi deyil ki, BMT-nin Əhali Fondunun məlumatına görə, Ermənistan gənclərin azalmasına görə dünyada birinci yerdədir. Bu arada gənclər hər bir dövlətin aktiv qüvvəsi hesab olunur və gənclərin sayının azalması ilə dövlətin imkanları da azalır. Mütəxəssislərin fikrincə, illər sonra Ermənistanda belə bir mənzərə yaranacaq ki, yaşlıların sayı gənclərin sayına nisbətdə artacaq.
Bu isə artıq öz növbəsində Ermənistan dövləti üçün ciddi yükə çevriləcək, belə ki, nisbətən az sayda gənc işçilər tərəfindən ödənilən vergilər nəticəsində dövlət onların sayından qat-qat artıq olan pensiyaçıların sosial müdafiəsi məsələsini öz üzərinə götürməyə məcbur qalacaq. Demoqrafik tənəzzülə isə doğum, ölüm, evlənmə, miqrasiya kimi amillər təsir edir. Bu amillərə müharibə vəziyyəti, sosial-iqtisadi vəziyyət, əhalinin mənəvi-psixoloji mühiti daxildir.
N.Paşinyan 4 il əvvəl hakimiyyətə gələndə vəd vermişdi ki, onun siyasətini Ermənistanda görüb repatriasiya yeni vüsət alacaq, diaspor erməniləri vətəndə məskunlaşmaq üçün növbəyə durmayacaqlar və istədikləri zaman vətənlərinə qayıda biləcəklər. Amma bütün bunlar sözdən o yana keçmədi. Hətta Paşinyanın rəhbərlik etdiyi hərəkata xüsusi dəstək göstərmək üçün Ermənistana gələn tanınmış diaspor erməniləri nəinki vətəndə qalmaqdan imtina etdilər, hətta söz verdikləri kimi daşınmaz əmlak əldə etmədilər və tez bir zamanda xaricə qaçdılar. Ermənistanda hələ də məktəblərdə "vətənpərvərlik dərsi” keçməkdə davam edirlər. Beləliklə, Paşinyanın hakimiyyəti illərində repatriasiya əvəzinə mühacirət, o cümlədən beyin axını Ermənistanda ən mühüm demoqrafik problemlərdən biri olaraq qalmaqda davam etdi.
İnsanlar ağır sosial-iqtisadi vəziyyətə görə getməyə davam edir, müharibədən sonra Ermənistanda ümidsizlik, gələcək görməmək amili artıb. Eyni zamanda, doğrudur, hökumət doğum səviyyəsini stimullaşdırmaq üçün müəyyən addımlar atdığını göstərir, lakin doğum səviyyəsi aşağı səviyyədə qaldığından aydın demoqrafik nəticələrin qeydə alınması üçün kifayət etmir. Ona görə də Paşinyanın 2050-ci ilə qədər Ermənistanın 5 milyon əhalisi olacağı vədi də digər vədlər kimi nağıllar siyahısında qalacaq.
Bir sözlə bu gün Ermənistanda təkcə əhalinin mexaniki artımı kifayət etmir, eyni zamanda, vətəndaşlar üçün yaxşı yaşayış şəraiti yaratmaq, onların təhsil və peşə keyfiyyətlərini yüksəltmək lazımdır.
Lakin bu amillərin tezliklə Ermənistan üçün reallığa çevriləcəyi hələ çox uzaqlarda olduğu üçün ölkədən əhalinin kütləvi axını davam etməkdədir.
Telman