Xəbər lenti

Ödəniş terminalları telefon pulunu qəbul etmir
Ölkə14:21 25.04.2015

Ödəniş terminalları telefon pulunu qəbul etmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda stasionar telefonlar üçün aylıq xidmət haqqının ödəniş terminalları (“Milliön, “E-manat” və s.) vasitəsilə qəbulu dayandırılıb. Qaynar.info xəbər verir ki, hazırda şəhər telefonlarına görə ödənişləri yalnız poçt şöbələrində və internetlə həyata keçirmək mümkündür. Amma abunəçilərə bunun səbəbi izah olunmur.
Fins.az məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat sözçüsü Müşfiq Əmirovla əlaqə saxlayıb, amma nazirlik rəsmisi bundan  xəbərsiz olduğunu bildirib.
Qaynar.info